Baş məşqçi postuna Mauritsio Sarrini gətirən "Çelsi" qış transfer pəncərəsi dövründə fəallığı ilə seçiləcək.
Fanat.Az "Express"ə istinadən xəbər verir ki, London klubu qışda ən azı 4 futbolçu transfer etməyi planlaşdırır. Bu məqsədlə 224 milyon avroluq büdcə ayrılb.
Hədəfdəki əsas futbolçulardan biri "Yuventus"dan Aleks Sandro olduğu bildirilir. Bundan başqa "Çelsi" "Napoli"dən Elseyd Hisay, "Bormut"dan Natan Ake və Dortmund "Borussiya"sından Kristian Pulişiçi transfer etmək istəyir.
İddialara görə, "Çelsi" Kristian Pulişiç üçün "Borussiya"ya 70 milyon funt-sterlinq (78,6 milyon avro) təklif edir. Bu təklif qəbul olunsa, 20 yaşlı oyunçu ən bahalı amerikalı futbolçu olacaq.
Fanat.Az