Almaniyanın Oberliqa komandalarından olan "Uphusen"in türk futbolçusu Abdullah Doğan "Metallist" klubu ilə müqavilə imzalamaq üçün getdiyi Ukraynada çətin duruma düşüb.
Fanat.Az xəbər verir ki, hava limanına enər-enməz Rusiyanın bu ölkəyə hücuma keçməsi səbəbindən türk əsilli almaniyalı futbolçu Xarkovda sığınacaqda qalır.
Olduğu sığınacaqdan Dəmirörən Xəbər Agentliyinə (DHA) açıqlama verən Abdullah Doğan aralarında uşaq və qocaların da olduğu təxminən 50-60 nəfərlə birgə xilas ediləcəyini gözlədiyi bildirib: "Beşinci gündü buradayam. Çətin vəziyyətdəyik, kömək istəyirik. Burada körpə uşaqlar və qocalar var. Yerin altında yaşayırıq.
Hal-hazırda şəhərdə komendant saatı var, gedəni güllələyirlər. Çox diqqətli olmalıyıq. Dua edirik. Marketlərə gedib bir şey almağa qorxuruq, amma buna məcburuq. Hər istədiyimizi ala bilmərik. Bazarlarda heç bir şey qalmayıb.
Kömək nə qədər tez gəlsə, bir o qədər yaxşıdır. Ruslar acıqlıdır. Sığınacaqlara soxulur, qarşılarına çıxanı güllələyirlər. Bir xahişim var, səsimizi eşitsinlər. Qoy bizə kömək etsinlər. Hələki dözürük və inanırıq ki, buradan çıxacağıq".

Mirağa