Transfer şayiələri: Levandovski hansı klubu seçəcək?

Transfer şayiələri: Levandovski hansı klubu seçəcək?

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

"Bild" nəşri: Robert Levandovski (Roberet Lewandiwski) daha dörd il yüksək səviyyəli klublarda oynamaq istəyir. Futbolçu növbəti mövsüm "Çelsi" və "Real Madrid" klubları arasında seçim edəcək. Hazırda polşalı hücumçunun 33 yaşı var. 

"Calciomercato" nəşri: "Yuventus" qışda Qabriel Jezusu (Gabriel Jesus) öz heyətinə cəlb etməyi  düşünür.

"Fichajes" xəbər portalı: "Barselona" hələ də "Tottenhem"in argentinalı futbolçusu Kristian Romero (Christian Romero) ilə maraqlanır.

"Eurosport" idman xəbəri saytı: "Mançester Siti" Mikel Oyarzabalın mümkün transferini nəzərdən keçirir. Qış "transfer pəncərəsi"ndə futbolçunun "şəhərlilərin" heyətinə keçməsi ehtimalı var.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər