Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"El Nacional" nəşri: "Barselona" Edinson Kavani uğrunda mübarizəyə qoşulub. Uruqvaylı futbolçu hələ də "Mançester Yunayted"də qalıb-qalmayacağını müzakirə edir.
"Daily Star" nəşri: "Çelsi" "Leypsiq"in futbolçusu Kristofer Nkunkunun (Cristopher Nkunku) xidmətində maraqlıdır.
"Todofichajes" nəşri: "Boka Xuniors" Dieqo Qodinlə maraqlanır. Müdafiəçi karyerasını Argentina klubunda davam etdirmək istəyir. Keçid "qış transfer" dövründə baş tuta bilər.
"Le 10 Sport" saytı: PSJ "Napoli" nin futbolçusu Lorentso İnsinyeni (Lorenzo Insigne) öz heyətinə qatmaq istəyir.
"Calciomercato" nəşri: "İnter" və "Roma" Harri Uinks (Harry Winks) uğrunda mübarizə aparacaq. "Tottenhem"in 25 yaşlı futbolçusu qış "transfer pəncərəsi"ndə klubu tərk etmək niyyətindədir.
"Fichajes" nəşri: PSJ-nin yeni baş məşqçisi postuna namizədlər siyahısına Zinəddin Zidan başçılıq edir. Son zamanlar Maurisio Poçettinonun (Mauricio Pochettino) başçılığı altında komandanın əsas futbolçuları arasında bir sıra problemlər yaşanıb.
Emin Şəmsiyev