Transfer şayiələri: Ukraynalı futbolçu Kadırovun klubunu tərk etdi

Transfer şayiələri: Ukraynalı futbolçu Kadırovun klubunu tərk etdi

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"ESPN" nəşri: "Barselona" "Çelsi"dən Andreas Kristensen və "Milan"dan Frank Kesyeni transfer etməyə yaxındır. Hər iki futbolçu yayda azad agent olacaq.

"AS" nəşri: İngiltərənin bir neçə klubu Corcino Viynaldumla maraqlanır. PSJ-nin yarımmüdafiəçisi "Vest Hem", "Nyukasl" və "Aston Villa"nın diqqət mərkəzindədir.

"Mirror" nəşri: "Everton" və "Lids" "Monreal"ın hücumçusu Corce Mixayloviçə "elçi" düşüb. Kanada klubu futbolçunu yayda 8 milyon avroya buraxmağa hazırdır. 

"İnside" portalı: Ukraynalı yarımmüdafiəçi Artem Polyarus Çeçenistan lideri Ramzan Kadırovun sahibi olduğu "Axmat" klubunu tərk edib.

"İmfeld" nəşri: Roman Abramoviç "Çelsi"nin satışı ilə bağlı danışıqlar aparır. Müqavilə martın 7-də elan edilə bilər.

Andrey Pankov ("Çempionat"): "Hələlik ÇSKA-dan ayrılmağı planlaşdıran yeganə legioner Herdur Maqnussondur. Düşünürəm ki, yaxın vaxtlarda müqaviləyə xitam veriləcək".

"İnside" portalı: “Krasnodar” futbolçuların xahişi ilə aşağıdakı oyunçularla müqaviləsini dayandırıb: Uanderson Matsiel, Kayo, Erik Butheim, Kristian Ramires, Cunior Alonso, Con Kordoba, Viktor Klasson və Remi Kabella. Onlar klubun düşərgəsini tərk ediblər.

Baş tutmuş transfer xəbəri: 

Ektor Errera (31 yaşlı yarımmüdafiəçi)

"Atletiko Madrid"dən (İspaniya) "Hyuston Dinamo"ya (ABŞ) transfer olunub. Futbolçu ABŞ klubuna azad agent qismində keçib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər