Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Foot Mercato"nəşri: PSJ "Milan"ın yarımmüdafiəçisi Frank Kessyeni (Franck Kessie) almaq uğrunda mübarizəyə qoşulub. "Tottenhem"in də maraqlandığı futbolçuya Paris klubu ildə 9 milyon avro təklif etməyə hazırdır.
"Eurosport" idman kanalı: Hazırda "Çelsi"də həftəsinə 130 min funt sterlinq qazanan Antonio Rüdiger maaşının 200 min funt sterlinq olmasını tələb edir. Ancaq London klubu futbolçunun bu istəyini təmin etmək niyyətində deyil.
İdman jurnalisti Yağız Sabuncuoğlu: Məhəmməd - Şapi Süleymanov (Magomed-Shapi Suleymanov) 2021/22 mövsümünün sonuna qədər icarə əsasında "Giresunspor"da oynayacaq. Futbolçu artıq Türkiyədədir.
"Fichajes"nəşri: "Liverpul" qış "transfer pəncərəsi" dönəmində "Valensiya"nın yarımmüdafiəçisi Karlos Soleri (Carlos Soler) əldə etmək imkanlarını araşdırır.
"Express" nəşri: Tomas Tuxel (Tomas Tuchel) Leroy Saneni "Çelsi"də görmək istəyir.
Emin Şəmsiyev