Transfer şayiələri: Sterlinqin "Barselona"ya keçəcəyi dəqiqləşdi

Transfer şayiələri: Sterlinqin "Barselona"ya keçəcəyi dəqiqləşdi

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

Nikolo Skira futbol insayderi: "Latsio" baş məşqçisi Mauritsio Sarri (Maurizio Sarri) ilə danışıqlar aparır. Təcrübəli mütəxəssisə müqavilə müddətini 2025-ci ilin yayına qədər uzatmaq təklif olunub.

"Fichajes" nəşri: "Atletiko Madrid" "İnter"in yarımmüdafiəçisi Marselo Brozoviçi (Marcelo Brozovic) almaq istəyir. 2022-ci ilin yayında xorvat futbolçu azad agent ola bilər. "Atletiko" tez bir zamanda müqavilə bağlamağa çalışır. Çünki futbolçunu transfer etmək istəyənlər arasında "Bayern Münhen" və PSJ var.

"AS" nəşri: "Atletiko Madrid" Macarıstan millisinin və "Fənərbağça"nın müdafiəçisi Attila Salai ilə maraqlanır.

"Corriere dello Sport" nəşri: "Roma" "Çelsi"nin futbolçusu Ruben Loftus-Çiki (Ruben Loftus-Cheek) hədəfə alıb. Joze Mourinyo "Çelsi" ilə 2024-cü ilə qədər müqaviləsi olan 25 yaşlı futbolçunun pərəstişkarıdır.

"Foot Mercato" nəşri: "Arsenal"ın yarımmüdafiəçisi Matteo Genduzi (Matteo Guendouzi) "Nyukasl Yunayted"in diqqətinə düşüb.

"Sky Sports" saytı: "Nyukasl" yeni baş məşqçisi Eddi Hau (Eddie Howe)  ilə 2,5 illik müqavilə bağlayıb.

"The Mirror" nəşri: "Mançester Siti"nin hücumçusu Rəhim Sterlinqin (Raheem Sterling) qış "transfer pəncərəsi"ndə "Barselona"ya keçəcəyi dəqiqləşib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər