Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"The Mirror" nəşri: Məhəmməd Salahın (Mohamed Salah) meneceri "Liverpul" rəhbərliyi ilə hücumçunun müqavilə müddətinin uzadılması ilə bağlı görüş keçirib. Futbolçu klubdan həftəsinə 500 min funt sterlinq tələb edir.
"Daily Star" nəşri: "Mançester Yunayted" qış transfer dönəmi üçün yeni futbolçuların cəlb olunmasına 70 milyon funt sterlinq ayırıb.
"Mundo Deportivo" nəşri: "Barselona" bu qış Rəhim Sterlinqi (Raheem Sterling) heyətinə qatmağı planlaşdırır. Futbolçu klubu "Mançester Siti"ni tərk edəcək və "Barselona" ilə yeni müqavilə imzalayacaq. "Blauqrana"da Osman Dembelenin boşluğunu doldurmaq lazımdır.
"Goal Germany" saytı: "Bayern" RB Zalsburqdan Kərim Adeyemini (Karim Adayemi) heyətinə qatmağı planlaşdırır.
Emin Şəmsiyev