Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Corriere dello Sport" nəşri: "Napoli" yanvar "transfer pəncərəsi"ndə "Tottenhem"dən Davidson Sançesi komandasına təkan kimi görür. London klubu ilə olan müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq oyunçunu pulsuz əldə etmək mümkün olmayacaq.
"Marca" nəşri: "Liverpul" "Portu"nun futbolçusu Luis Diasla maraqlanır. Dias komandanın hücumunun hazırkı liderlərinə alternativ olaraq görülür. Kolumbiyalı oyunçu cari mövsüm 14 oyunda 11 qol vurub.
"Milannews24" nəşri: "Atalanta"nın yarımmüdafiəçisi Aleksey Mirançuk "Cenoa"nın diqqət mərkəzindədir. Andrey Şevçenkonun gəlişindən sonra “Cenoa” qışda yeni futbolçularla güclənməyi planlaşdırır. Mirançuk İtaliya təmsilçisinin maraq dairəsinə düşüb. Lakin rus yarımmüdafiəçi üçün ən azı 16 milyon avro tələb olunur. Bu üzdən “Cenoa” daha çox “Milan”dan Samuel Kastilyexo ilə maraqlanır.
"Goal" saytı: "Barselona" braziliyalı yarımmüdafiəçi Felipe Koutinyonu iki ingilis klublarına satmağı təklif edib. Söhbət “Nyukasl” və “Tottenhem”dən gedir.
"Liverpul"un baş məşqçisi Yurgen Klopp hücumçu Məhəmməd Salahla yeni müqavilə ilə bağlı hadisələrin gedişindən danışıb: “Danışıqlar çox yaxşı gedir. Lazım olan hər şey var. Razılığa gələndə xəbər tutacaqsınız. Mən danışıqların uğurla başa çatmasını istəyirəm. Amma bunun nə vaxt olacağını bilmirəm"
"Mundo Deportivo" nəşri: PSJ "Barselona"nın təklifini yarımçıq qoyaraq Markus Raşfordu şirnikləndirməyə çalışacaq. Fransa tərəfi artıq futbolçunun nümayəndələri ilə şərtləri müzakirə edib.
Emin Şəmsiyev