Transfer şayiələri: Rus klubları "dağılır", Adrian Mutu "Rapid"də

Transfer şayiələri: Rus klubları "dağılır", Adrian Mutu "Rapid"də

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Fichajes" nəşri: "Barselona", "Real Madrid" və "Arsenal" "Lill"in hücumçusu Conatan David üçün mübarizə aparacaq. Kanadalı futbolçu bu mövsüm 16 qol vurub və daha bahalı futbolçulara alternativ sayıla bilər.

"Evening standart" nəşri: Roman Abramoviçin gedişindən sonra "Çelsi"yə transferlər üçün əlavə vəsait lazım olacaq. Klubun Armando Broy və Tino Ancorinanı yay transfer pəncərəsində satmaq planı var.

"De Telegraaf" nəşri: “Milan”, “Borussiya Dortmund” və “Barselona” “Ayaks”ın sağ cinah müdafiəçisi Nussair Mazrauyi uğrunda mübarizə aparacaq. Futbolçunun Hollandiya klubu ilə müqaviləsi bir neçə aydan sonra başa çatacaq.

"Rapid" klubunun rəsmi saytı: Adrian Mutu "Rapid"in yeni baş məşqçisidir. Mutu Buxarest klubu ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalayıb. 43 yaşlı rumın daha öncə “Voluntari”, “Əl Vahda”nın U21, Rumıniyanın U21 və “Universitate Craiova 1948” komandalarını çalışdırıb.

Neto Genoves ("Krasnodar"ın müdafiəçisi Kayonun agenti) "RB-Sport" üçün : “Klub növbəti bildirişə qədər əcnəbi oyunçuları buraxıb. Müqavilələrə xitam verilməyib.

"Sport24.ru" saytı: "Rusiya kubokunun 1/8 finalında ÇSKA ilə oyundan dərhal sonra "Soçi" klubunun bütün legionerləri komandanı tərk edib". 

"Zenit"in mətbuat xidməti: "Çətin ailə vəziyyəti ilə əlaqədar Yaroslav Rakitski klubla müqaviləyə vaxtından əvvəl xitam verilməsini xahiş edib".

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər