Transfer şayiələri: Ranqnik "Mançester Yunayted"ə alman futbolçu axtarır

Transfer şayiələri: Ranqnik "Mançester Yunayted"ə alman futbolçu axtarır

Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"The Sun" nəşri: Joze Mourinyu "Mançester Yunayted"in futbolçusu Çarli Velensin transferi üçün "Tottenhem"lə yarışacaq. Ötən il “İnter” də futbolçu ilə yaxından maraqlanırdı. 

"The Sun" nəşri: Ralf Ranqnik  "Mançester Yunayted"in heyətini gücləndirmək üçün Almaniya Bundesliqasından oyunçu gətirmək istəyir. Onun siyahısında Florian Virtz (Bayer 04), Luka Netz (Borussiya M), Erik Martel (RB Laypsiq), Armel Bella-Kotçap (Bohum) kimi futbolçular var. 

"Fichajes" nəşri: Dortmund "Borussiya"sı Erlinq Hollandı satışından əldə olunan gəlir ilə Mark-Andre ter Ştegen, Luka Yoviç və Rikard Puçu transfer etmək fikrindədir. 

Canluka Di Martsio: Eynsli Meytlend-Naylz satın alma seçimi ilə mövsümün sonuna qədər "Roma"ya icarəyə getməyə yaxındır.

Fabritsio Romano: ABŞ millisinin və "Dallas" klubunun hücumçusu Rikardo Pepi MLS-i tərk etməyə hazırlaşır. Onun agenti artıq "Vulverhampton"dan tutmuş "Real Madrid"ə qədər bir çox klubun nümayəndələri ilə görüşüb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər