Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Mundo Deportivo" nəşri: "Palmeyras" "Real Madrid"ın müdafiəçisi Marselonu hədəfə alıb. 33 yaşlı braziliyalı 2007-ci ildən Madrid klubunda çıxış edir və karyerasını bitirməzdən öncə vətənində oynamaq istəyir. Qeyd edək ki, Marselonu heyətində görmək istəyən klublar arasında Türkiyənin "Fənərbağça" klubu da var.
"Daily Mail" nəşri: "Nyukasl" "Bornmut"un müdafiəçisi Lloyd Kellini hədəfə alıb. Eddi Hou Kelli ilə "Nyukasl"da yenidən işləmək niyyətindədir. Kelli bu mövsüm Çempionşipdə 17 oyun keçirib.
"Calciomercato" nəşri: “Milan” Belçika millisinin və “Brügge”nin futbolçu Şarl De Ketelareni hədəfə alıb. 20 yaşlı yarımmüdafiəçinin qiyməti 20 milyon avrodur. Gələn il Milan təmsilçisi "Brügge"nin avrokuboklardan kənarda qaldığını nəzərə alaraq belçikalı futbolçu ilə endirimli qiymətlə müqavilə imzalamağa çalışacaq.
"La Parisien" nəşri: Anxel Di Maria və Markinyos PSJ ilə yeni müqavilə imzalamağa yaxındır. Di Marianın hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatır. Lakin klubu ilə müqaviləni yeniləməyə şifahi razılıq verib. Markinyosun isə sözləşməsinin müddəti 2024-cü ilə qədər olsa da, klubu bu müddəti daha bir neçə il uzatmaq istəyir.
"La Parisen" nəşri: Serxio Ramos gözlənilmədən PSJ-nin məşqini buraxıb. Onun komandadakı mövqeyi pisləşməkdə davam edir. PSJ-dəki keçirdiyi yarım mövsüm onun klubdan getməsi ilə nəticələnəcək.
Emin Şəmsiyev