Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
Fanat.Az futbol mətbuatında gəzən şayiələri təqdim edir:
"The Sun" nəşri: PSJ hələ də Kilian Mbappe (Kylian Mbappe) ilə müqavəlisini yeniləyəcəyinə ümid edir. Klub rəhbərliyi "Transfer pəncərəsi"nin bağlı olduğu müddətdə futbolçu ilə məşğul olmaq üçün xüsusi psixoloq dəvət edib. Məqsəd futbolçunu Paris klubunda möhtəşəm gələcək gözlədiyinə inandırmaqdır. Buna baxmayaraq fransiz hücumçu gələn mövsüm müqaviləsi başa çatdıqdan sonra uşaqlıq arzusu olan "Real Madrid"də çıxış etməyi planlaşdırır.
"Corriere dello Sport" nəşri: "Roma" gələn yay "Zenit" in futbolçusu Serdar Azmunu azad agent olaraq transfer etməyi planlaşdırır.
"Todo Fichajes" xəbər saytı: "Real Betis" qış "transfer pəncərəsi"də Dani Sebalyosu (Dani Ceballos) yenidən kluba cəlb etməyi düşünür.
"Calciomercato" nəşri: "İnter" "Ayntraxt" ın hücumçusu Filip Kostiçi (Filip Kostic) transfer etməyi düşünür.
Emin Şəmsiyev