Transfer şayiələri: Mourinyunun gözü onda

Transfer şayiələri: Mourinyunun gözü onda

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

"Daily Star" nəşri: "Real Madrid" "Tottenhem"in müdafiəçisi Serj Orye (Serje Aurier) ilə yaxından maraqlanır. Azad agent olan futbolçu "Uotford", "Real Betis", "Spartak"  Moskva və "Cenoa"dan gələn təklifləri rədd edib

"Football İnsider" portalı: "Vest Hem" "Yuventus"un futbolçusu Ueston Makkeni (Weston McKenny) ilə müqavilə bağlamaq üçün danışıqlar aparır.

"Calciomercato" nəşri: Joze Mourinyu (Jose Mourinho) "Tottenhem"in yarımmüdafiəçisi Ndombeleni "Roma"da görmək istəyir.

"Daily Mail" nəşri: "Borussiya Dortmund" "Vest Bromviç"in gənc oyunçusu Reyes Kliri (Reyes Cleary) ilə müqavilə imzalamağı düşünür. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər