Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"EL Nacional" nəşri: "Real Madrid" "Lester Siti"nin futbolçusu Yuri Tielemansı transfer etməyi planlaşdırır.
Müqaviləsi 2023-cü ildə başa çatacaq 24 yaşlı futbolçunun qiyməti 55 milyon avroya yaxın olacaq.
"Calciomercato" nəşri: "Lids" və "Tottenhem" "Kalyari"nin futbolçusu Naitan Nandezi heyətə qatmağı planlaşdırır.
Klublar 25 yaşlı uruqvaylı futbolçu ilə yayda maraqlansalar da, planı qış "transfer pəncərəsi"ndə gerçəkləşdiməyi düşünürlər. Futbolçu yüksək maaş verən klubu seçəcək.
"The Sun" nəşri: "Everton" "Stok Siti" nin mərkəz müdafiəçisi Harri Suttarı hədəfə alıb.
"Daily Star" nəşri: "Mançester Siti" "Benfika"nın futbolçusu Darvin Nunyez uğrunda mübarizədə "Barselona"nı qabaqlayır.
"The Mirror" nəşri: "Liverpul" polşalı "vunderkind" Katsper Kozlovskini (Kacper Kozlowski) almaq istəyir. Futbolçu ölkəsində "Yeni De Bröyne" ləqəbi ilə tanınır.18 yaşlı yarımmüdafiəçi Polşanın "Poqon" klubunda oynayır.
Emin Şəmsiyev