Transfer şayiələri: Kavani seçimini etdi

Transfer şayiələri: Kavani seçimini etdi

Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.

Jerar Romero, jurnalist: "Barselona" Edinson Kavaniyə 1,5 illik müqavilə təklif edib. Maaş - 3,5 milyon avro + ilk 6 ayda bonus olaraq 1 milyon avro təşkil edəcək. Müqavilə müddətinin qalan hissəsi üçün isə 4 milyon avro + 1,5 milyon avro bonus olacaq.

Fransis Aqilar, jurnalist: Kavani bu qış "Barselona"ya keçmək qərarına gəlib. Müqavilənin yaxın günlərdə imzalanması gözlənilir.

"The İ" nəşri: "Everton" "Nyukasl"dan Şon Lonqstaffı transfer etmək istəyir. 24 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır. Bu isə o deməkdir ki, yanvarda endirimli qiymətə satılacaq.

"AS" nəşri: "Yuventus" "Sassuolo"dan Canluka Skamakkanı transfer etməyi düşünür. “Qoca Sinyora” ideal olaraq "Fiorentina"nın hücumçusu, A Seriyasının bombardiri Duşan Vlahoviçi heyətinə qatmaq istəyir. Lakin ona top klublardan maraq olduğu üçün, Skamakka alternativ olaraq nəzərdə tutulub.

"Gazetta dello Sport" nəşri: "Yuventus" Antoni Marsialı transfer etməyi planlaşdırır. Fransız futbolçu "Mançester Yunayted"i tərk etməkdə israrlıdır. Ona görə də Turin klubu üçün danışıqlar aparmaq asan olacaq.

"Fichajes" nəşri: "Barselona" Frenki de Yonqa 90 milyon avro qiymət qoyub. Futbolçuya əsas namizədlər "Bayern Münhen" və "Liverpul"dur.

"Calciomercato" nəşri: PSJ Artur Melo ilə maraqlanır. Braziliyalı futbolçu “Latsio” ilə danışıqlar aparıb.

"Daily Mail" nəşri: Son həftələrdə “Mançester Yunayted”in skautları “Lids”in qapıçısı İllan Mellieri izləyiblər. David De Xea hazırda əla formadadır və Din Henderson klubu tərk etməyi düşünür.

"Liverpul"un baş məşqçisi Yurgen Klopp: "Futbolçularımızın Afrika Millətlər Kubokunda iştirakı "transfer pəncərəsi"nə heç bir şəkildə təsir etməyəcək. Komandadan razıyam və əvəzedicilər üçün seçimlərimiz var.

"Mundo Deportivo" nəşri: "Fənərbağça" Lük de Yonqu transfer etməyə yaxındır. "Barselona" mövsümün ikinci yarısında bir oyunçunun maaşını ödəməmək üçün "Sevilya"nın ən qısa müddətdə razılaşmasını istəyir.

"El Nacional" nəşri: "Real Madrid"ə Harri Keyni transfer etmək təklif olunub. Əvvəllər Harri Keyn "Real Madrid" üçün maraqlı idi, indi Mbappe və ya Holand ilə müqavilə bağlamaq fikri daha maraqlı görünür.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər