Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Calciomercato" nəşri: "Latsio"klubu "Bodye-Qlimt"in hücumçusu Erik Botheymi transfer etmək imkanlarını araşdırır. Vedat Murikinin oyunu onları razı salmadığı üçün İtaliya klubu Çiro Immobile ilə rəqabət aparacaq hücumçu axtarır.
"La Gazetta dello sport" nəşri: "Yuventus" yeni oyunçulara yer etmək üçün yanvarda bəzi futbolçularını satmağı planlaşdırır. Turin klubu məşqçi Massimiliano Alleqrini qane etmədiyinə görə Adrien Rabiotu satmağa hazırdır, eyni zamanda yüksək maaşa görə Aaron Remzidə klubu tərk edəcək.
"Diario Sevilla" saytı: "Real Betis" yanvarda "Bayern Münhen"dən Mark Rokanı transfer etmək üçün əlindən gələni edəcək. "Espanyol"un keçmiş yarımmüdafiəçisi bu mövsüm Almaniya komandasında oyun keçirməyib və Betis təmsilçisi onu komandasını gücləndirmək üçün mükəmməl seçim kimi görür.
"FotoMaç" saytı: Domeniko Tedesko məşqçilik karyerasını Türkiyə çempionatında davam etdirə bilər. Fənərbaxça məşqçiyə aktiv maraq göstərir. İstanbul klubunun Türkiyə çempionatında uğursuz çıxışı fonunda hazırkı baş məşqçi Vitor Pereyranın yaxın vaxtlarda qovulacağı ilə bağlı söhbətlər getdikcə artıb.
"Sky Sports Scotland" saytı: "Reyncers"in yeni baş məşqçisi Covanni van Bronkxorst olacaq. 46 yaşlı mütəxəssis və klub arasında razılaşma baş tutub.
Ukrayna millisinin sabiq baş məşqçisi Yozef Sabo: Andriy Şevçenko “Cenoa”ya təkcə Mikolenkonu deyil, “Mançester Siti”dən Zinçenkonu və “Vest Hem”dən Yarmolenkonu da almaq istəyir.
"GFFN" xəbər portalı: PSJ-nin hücumçusu Mauro İkardi klubu tərk etmək qərarına gəlib. İkardi həyat yoldaşı Vanda Nara ilə münasibətlərinə diqqət yetirmək üçün daha sadə komanda tapmağa ümid edir. Çütlük çətin bir dövr keçirir. Məlum olub ki, argentinalı futbolçu 2050-ci ilə qədər bütün gəlirlərini və aktivlərini Vandanın adına yazdırıb.
Emin Şəmsiyev