Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Fichajes" nəşri: "Atletiko Madrid" Bubacar Kamaranı transfer edib. Futbolçu yeni klubuna azad agent qismində keçəcək. Tərəflər arasında rəsmi anlaşma yayda imzalanacaq.
"Voetbal Primeur" agentliyi: PSV Memfis Depayı geri qaytarmaq istəyir. Futbolçu yayda "Barselona"dan ayrılmağı düşünür.
"Milan"ın hücumçusu Zlatan İbrahimoviç: “Gələcəyim futboldur, mən hələ də çox fəalam. Klubun son oyunlarını buraxdığım üçün kədərlənirəm. "Milan"a qayıdandan bu günə kimi böyük işlər görmüşük. Bizə yalnız bir şey lazımdır - kuboklar qazanmaq. Bu komanda ilə müəyyən titul qazanana qədər təslim olmaram”.
"Catalunya Ràdio" radiosu: Xavi Kalidu Kulibalini "Barselona"ya transfer olunmasını istəyir. Müdafiəçinin "Napoli" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. Ancaq italyanlar futbolçunu sərfəli qiymətə satarsa, "Barselona" bu keçidi reallaşdıra bilər.
Emin Şəmsiyev