Transfer şayiələri: Eriksen Erediviziyada?

Transfer şayiələri: Eriksen Erediviziyada?

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

"Football İnsider" portalı: "Mançester Yunayted" "Monako"nun yarımmüdafiəçisi Orelyen Tçuamenini (Aurelien Tchuameni) yaxından izləyir. 

"Sky Sports" saytı: "Tottenhem", "Sauthempton" və "Vest Hem" müqaviləsi 2022-ci ilin yayında başa çatacaq "Vest Bromviç"in qapıçısı Sem Constonla maraqlanır.

"SPORT" portalı: "Barselona" yanvarda “Tottenhem”in yarımmüdafiəçisi Tanqu Ndombeledni (Tanguy Ndombele) transfer etmək niyyətindədir. “Tottenhem” istənilən təklifi dinləməyə hazırdır.

İspan klubu "Tottenhem"in 2019-cu ildə 60 milyon avroya aldığı fransız yarımmüdafiəçini icarəyə götürməyi düşünür.

"SPORT" portalı: "Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo qış "transfer pəncərəsi" dönəmində Premyer Liqaya qayıdacaq.

Braziliyalı futbolçu ilə "Nyukasl" və "Liverpul" maraqlanır. "Barselona" Koutinyonu satınalma şərti ilə icarəyə verməyə hazırdır.

"Calciomercato" nəşri: "İnter" Kristian Erikseni "Ayaks"ın qapıçısı Andre Onanayla dəyişmək niyyətindədir. Eriksen ürəyində defibrilyatorun olması səbəbindən A Seriyasında oynaya bilməyəcək, amma Erediviziyada belə qaydalar yoxdur. Belə olduğu halda "İnter" Erikseni heyətinə qatmaq istədiyi Onananın transfer məğbləğinə əlavə etməyi düşünür. 

"La Gazetta dello Sport"nəşri: "Milan" 2022-ci ilin yayında Xulian Alvarezi  (Julian Alvaresi) almağa hazırlaşır.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər