Transfer şayiələri: Din Henderson "Ayaks"da?

Transfer şayiələri: Din Henderson "Ayaks"da?

Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.

"BBC Sport" nəşri: "Barselona" yanvarda Filippe Koutinyonu satmaq niyyətindədir. Onun İngiltərə Premyer Liqasına qayıtmaq ehtimalı var. Amma transfer qiymətinin yüksək olması alıcı tapmağı çətinləşdirir.

"El Nacional" nəşri: Əşrəf Hakimi 2022-ci ilin yayında "Real Madrid"ə qayıtmaq niyyətindədir. Mərakeşli müdafiəçi ötən yay PSJ-yə keçib. 

"BBC Sport" nəşri: "Barselona" keçmiş futbolçusu Dekonun məsləhət gördüyü Artur Kabralı transfer etməyəcək. "Bazel"in braziliyalı hücumçusu Kataloniya klubunun marağında idi, lakin onlar qərarlarını dəyişərək qışda başqa hücumçu alacaqlar.

"Footmercato" nəşri: "Sent-Etyen" hücumçu Jan-Filip Mateta ilə müqavilə imzalamaqda maraqlıdır. "Mainz 05" futbolçunu satmağa hazırdır. Fransa klubu artıq təklif planı hazırlayır.

"The Times" nəşri: "Brayton" "Tottenhem"in müdafiəçisi Co Rodonu transfer etməyə hazırdır.

"Udineze" klubunun rəsmi saytı: Luka Qotti "Udineze"nin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb. Klub A Seriyasında 14-cü pillədə qərarlaşıb.

"Calciomercato" nəşri: Federiko Bernardeski "Lester Siti" üçün maraqlıdır. Klubun skautları artıq bir neçə dəfə futbolçunun oyununu izləyib və hazırda İngiltərə klubu təklif planı hazırlayır.

"The Manchester Evening News" nəşri: "Ayaks" Din Hendersonu icarəyə götürməyi planlaşdırır. “Mançester Yunayted”in təklifləri yanvarda nəzərdən keçirəcəyi gözlənilir.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər