Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Gazzetta dello Sport" nəşri: "Tottenhem" "Bavariya"nın yarımmüdafiəçisi Korentin Tolisso ilə müqavilə imzalaya bilər. 27 yaşlı futbolçu ilə "Yuventus" və "İnter" də maraqlanır.
"TEAMtalk" saytı: "Borussiya Dortmund" "Çelsi"dən Timo Verner, Kalum Hodson-Odoi (Callum Hudson-Odoi) və Kristian Pulişiçi (Cristian Pulisic) növbəti mövsüm heyətinə qata bilər. Dortmund təmsilçisi Erlinq Holandın (Erling Haaland) gələn mövsüm klubdan gedəcəyi ilə reallığı ilə barışıb.
"BILD" nəşri: "Nyukasl" "Bayer Leverkuzen"in 18 yaşlı futbolçusu Florian Virtzin (Florian Wirtz) xidmətində maraqlıdır.
Emin Şəmsiyev