"Torino" "Liverpul"un təklifini rədd etdi - MƏBLƏĞ

"Torino" "Liverpul"un təklifini rədd etdi - MƏBLƏĞ

İtaliyanın "Torino" klubu "Liverpul"un niderlandlı müdafiəçi Perr Shürs üçün göndərdiyi təklifi rədd edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttosport" yayıb.

Xəbərə görə, "qırmızılar" Turin klubunun qapısını 30 milyon avroluq təkliflə döysələr də, bu məbləğ qarşı tərəfi razı salmayıb. Mənbə "Torino" bosslarının 23 yaşlı müdafiəçini daha yüksək məbləğə satmağı planlaşdırdıqlarını vurğulayıb.

Niderland "Fortuna Sittard"ının yetirməsi olan Shürs 2022-ci ilin yayından "Torino"dadır. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. Sözügedən futbolçu ölkəsinin U-19, U-20 və U-21 millilərinin formasını geyinsə də, əsas yığmada debüt etməyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər