Bu gün Avropanın TOP çempionatlarında yay "transfer pəncərəsi" bağlanacaq.
Fanat.Az xəbər verir ki, gecə yarısı Bakı vaxtı ilə saat 00:00-da İngiltərə Premyer Liqası, İtaliya A Seriası, Fransa Liqa 1-i, İspaniya La Liqası və Almaniya Bundesliqasına "transfer pəncərəsi" rəsmən bağlanacaq.
Qeyd edək ki, adı çəkilən çempionatlarda qış "transfer pəncərəsi" 2022-ci il yanvar ayının 1-i açılacaq və həmin ayın 31-nə dək davam edəcək.
Emin Şəmsiyev