Tərlan Əhmədov "Qarabağ"la oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi qırmızı vərəqənin oyunlarını pozduğunu deyib:
“İlk növbədə "Sent-Etyen"lə oyunda "Qarabağ"a uğurlar arzulayıram. “Qarabağ” Avropada yeganə təmsilçimizdi. Ümid edirəm ki, qələbə qazanıb, bizi sevindirərlər. Oyuna gəldikdə, biz 30 dəqiqə futbol gördük. Qırmızı vərəqə bütün planlarımızı pozdu. İstəyirdik hücumları cinahdan quraq. Etiraf edim ki, səhvlərimiz var idi. Qırmızı vərəqə olmasaydı, bəlkə başqa oyun görərdik. Amma yenə futbulçularıma təşəkkür edirəm. Azlıqda qalsaq da, qol vura bildik. "Qarabağ"ı təbrik edirəm”.
Fanat.az