Superkubok "Liverpul"un oldu

Superkubok "Liverpul"un oldu

İngiltərə Superkuboku (Community Shield) uğrunda oyun keçirilib.

Fanat.Az xəbər verir ki, mövsümün ilk qarşılaşmasında "Liverpul" və "Mançester Siti" klubları üz-üzə gəlib. 

Neytral meydanda - Lesterdəki "King Power" stadionunda baş tutan prinsipial görüşdən "Liverpul" qalib ayrılıb - 3:1. 

Qeyd edək ki, "şəhərlilər" ötən mövsüm İngiltərə çempionu, "mersisaydlılar" isə ölkə kubokunun sahibi olub.

İngiltərə Superkuboku

Liverpul - Mançester Siti 3:1

Qollar: Aleksandr-Arnold, 21, Salah, 83-pen. Nunyes, 90+4 - Alvares, 70

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər