Super Liqa klubunda yeni müqavilə

Super Liqa klubunda yeni müqavilə
Türkiyənin "Hatayspor” klubu baş məşqçisi Ömər Ərdoğanla müqaviləni yeniləyib.
 
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərə görə, Ərdoğanla müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.
 
Qeyd edək ki, 43 yaşlı mütəxəssis ötən ilin avqustundan "Hatayspor”u çalışdırır. Onun rəhbərlik etdiyi komanda Super Liqanın cari mövsümündə keçirdiyi 25 oyuna 42 xal toplayıb və 6-cı sırada qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər