Sulşer Verneri istəyir, MY rəhbərliyi transferin reallaşacağına inanmır

Sulşer Verneri istəyir, MY rəhbərliyi transferin reallaşacağına inanmır
"Layptsiq"in hücumçusu Timo Verner hələ də "Mançester Yunayted"in maraq dairəsindədi.
Baş məşqçi Ule-Qunnar Sulşer hücum xəttini gücləndirmək niyyətindədi. Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, norveçli mütəxəssisin siyahısının ilk sıralarında məhz Vernern adı var.
Bununla belə, MY rəhbərliyi alman futbolçunun "Liverpul"a keçəcəyini düşünür.
Cari mövsümdə Bundesliqada 28 matçda meydana çıxan Verner 24 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər