"Atletiko"nun uruqvaylı forvardı Luis Suares sabiq klubu "Barselona"nın düşdüyü durumu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 34 yaşlı hücumçu Kataloniya klubunu komandanın sabiq oyuçusu Xavinin çalışdırmalı olduğunu söyləyib:
"Bir futbol azarkeşi və Xavinin "Barselona"da qazandığı uğurları görən biri olaraq düşünürəm ki, o, nə vaxtsa bu, komandaya baş məşqçilik edəcək. Sadəcə indi bunun zamanı deyil. Xavi "Barselona"nın hazırkı vəziyyətini başa düşəcək qədər ağıllıdır. Doğru anı gözləməlidir. Çətin olacaq, amma Xavi "Barselona"nı çalışdıracaq".
Qeyd edək ki, Suares ötən il "Barselona"dan Atletiko"ya keçib.