Stiven Cerrard yeni klubuyla 3 illik müqavilə bağlayacaq

Stiven Cerrard yeni klubuyla 3 illik müqavilə bağlayacaq

"Reyncers"in baş məqçisi Stiven Cerrard "Aston Villa" ilə müqavilə baxlamağa yaxındır.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Nikolo Skira "Twitter"dəki şəxsi səhifəsində anlaşmanın müddəti barədə məlumat yayıb.

Mənbə "Liverpul"un əfsanələrindən olan mütəxəssisin qarşı tərəflə sözləşmənin detallarıyla bağlı tam razılığa gəldiyini bildirib. Skira Cerrardın 3 illik müqaviləyə qol çəkəcəyini və Birmingem təmsilçisinin yaxın günlərdə bu təyinatı açıqlayacağını vurğulayıb.

Qeyd edək ki, 11 oyuna 10 xal toplayan "Aston Villa" İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı pillədədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər