Sterlinq "Barselona"ya keçir? - Təfərrüat

Sterlinq "Barselona"ya keçir? - Təfərrüat

"Mançester Siti"nin yarımmüdafiəçisi Rəhim Sterlinq (Raheem Sterling) "Barselona"ya keçməyə hazırlaşır

Fanat.Az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. 

Daha çox əsas heyətdə yer alan oyunçu son zamanlar komandada yüksək rəqabətlə üzləşdiyi üçün "11"liyə düşə bilmir. Ehtiyat oyunçular skamyasında qalmaq istəməyən futbolçu bu səbəbdən klubunu dəyişmək niyyətindədir. 

Xəbərə görə, hazırda "Barselona" rəhbərliyi ilə danışıqlar aparan Sterlinq müqavilə şərtlərini müzakirə etmək üçün mütəmadi olaraq katalonlarla telefon əlaqəsi saxlayır.

Qeyd edək ki, 26 yaşlı futbolçu son 4 ildə  "Mançester Siti"nn heyətində 93 qol vurub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər