Sovet futbolunun əfsanələrindən olan Fyodor Çerenkov vəfat edib. Fanat.az xəbər verir ki, 55 yaşlı sabiq yarımmüdafiəçi bu gün səhər saatlarında dünyasını dəyişib.
Üçqat SSRİ və 1 dəfə Rusiya çempionu olmuş Çerenkov Moskva "Spartak"ının heyətində ən çox forma geyinən futbolçu olub. Uzun illər SSRİ yığmasının heyətinə cəlb olunmuş Çerenkov alkoqolizmdən əziyyət çəkirdi.
Fanat.az