"Son yeniliklər hamımızı şoka saldı" - Vircil van Deyk "Liverpul"dan gedir?

"Son yeniliklər hamımızı şoka saldı" - Vircil van Deyk "Liverpul"dan gedir?

"Liverpul"un müdafiəçisi Vircil van Deyk cari mövsümün sonunda İngiltərə nəhəngi ilə yollarını ayıracağını açıqlayan Yürgen Kloppun gedişindən sonra klubu tərk edəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Liverpool Echo" onun dediklərini belə çatdırıb: 

"Gələcəyimin necə olacağını bilmədiyim haqda dediyim sözlərin əksəriyyəti təhrif edilib. Bu klubu sevirəm. Bu ilin bizim üçün xüsusi olduğunu bilirəm və tam olaraq öz işimə köklənmişəm. Əlbəttə, son yeniliklər hamımızı şoka saldı. Azarkeşlər nə hiss etdilərsə, mən də eyni duyğuları yaşadım. Ancaq yenə də diqqətimizi öz oyunumuza yönəltmişik. Biz mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəflərə çatmaq istəyirik. İnanın ki, kluba sadiqəm. Axı mən kapitanam".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər