Simeone həmyerlisini təriflədi - "Məni ən çox xoşbəxt edən futbolçulardan biridir"

Simeone həmyerlisini təriflədi - "Məni ən çox xoşbəxt edən futbolçulardan biridir"

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Mançester Siti"ni Madrid nəhənginə dəyişən Xulian Alvaresin çıxışından ağızdolusu danışıb. 

Fanat.Az xəbər verir ki, "Atletico Universe" argentinalı mütəxəssisin həmyerlisi barədə dediklərini belə çatdırıb:

"Xulian Alvares kluba qoşulduqdan sonra məni ən çox xoşbəxt edən futbolçulardan biridir. Ondan gözləntilər böyük idi, çünki gənc olmasına baxmayaraq, o, artıq Libertadores Kubokunu, Dünya Kubokunu və Çempionlar Liqasını qazanıb. O, Lautaronu Argentina millisində layiqincə əvəzləyə bilib. 

Martinesi əldə etmək şansımız olanda hamımız müqavilə imzalamaq üçün əla iş gördük. Biz onun komandaya böyük kömək göstərəcəyini səbirsizliklə gözləyirik. O, burada tarix yaza bilər".

Xatırladaq ki, 24 yaşlı Alvares İspaniya təmsilçisi ilə müddəti 2023-cu ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb. Bu transferin "Atletiko"ya 75+20 milyon avroya başa gldiyi bildirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər