Siani Zlatan İbrahimoviçin nifrət etdiyi futbolçunun adını açıqladı

Siani Zlatan İbrahimoviçin nifrət etdiyi futbolçunun adını açıqladı

Sabiq fransalı müdafiəçi Mişel Siani İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviçin hansı futbolçudan zəhləsi getdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "RMC Sport" onun sözlərini belə çatdırıb:

"Zlatan mənə dedi ki, karyerası ərzində üç və ya dörd insana nifrət edib. Onlardan biri Kavani idi".

İbrahimoviçlə Siani "Los-Anceles Qelaksi"də birlikdə oynayıblar.

43 yaşlı İbra karyerasını 2023-cü ilin yayında başa vurub. "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", PSJ, "Mançester Yunayted", "Los-Anceles Qelaksi" və "Milan"da oynamağa imkan tapan Zlatan ümumilikdə 819 matça çıxaraq 493 qol və 201 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər