"Cenoa" 9 ay öncə istefaya göndərdiyi baş məşqçisi Andrey Şevçenko ilə müqaviləni pozub.
Fanat.Az xəbər verir ki, məlumatı İtaliya klubunun rəsmi saytı yayıb.
Ukraynalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
46 yaşlı baş məşqçi 2021-ci ilin noyabrından dekabrınadək A Seriyası təmsilçisinə rəhbərlik edib. Komanda onun başçılığı altında 7 oyunda uduzub, 3 qarşılaşmada heç-heçə edib, 1 dəfə isə qalib gəlib.
"Cenoa" ötən mövsümün sonunda B Seriyasına düşüb.