"Şerif"in baş məşqçisi "Barselona"nı çalışdıracaq? - Özü dedi

"Şerif"in baş məşqçisi "Barselona"nı çalışdıracaq? - Özü dedi

Çempionlar Liqasında fırtına kimi əsən "Şerif"in baş məşqçisi Yuri Vernidub "Barselona"nın onunla maraqlanması barədə sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, Moldova təmsilçisinin çalışdırıcısı belə danışıb:

"Barselona"? Yəqin ki, zarafatdır. Bu informasiyaya sadəcə, təbəssümlə yanaşıram. "Barselona" haqda çox şey danışa bilərlər. İndiki durumda başadüşüləndir. Mənimlə maraqlandıqlarına isə inanmıram".

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin ilk iki turunda uyğun olaraq, Donetsk "Şaxtyor"u və "Real Madrid"i məğlub edən "Şerif" qrup lideridir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər