Saşa Stamenkoviç: "Partizan"ın futbolçuları ilə çörək yemərəm"

Saşa Stamenkoviç: "Partizan"ın futbolçuları ilə çörək yemərəm"

"Neftçi"nin "Partizan" klubuna qarşı Avropa Liqasının pley-off mərhələsi çərçivəsində görüşü Serbiya mətbuatının da diqqət mərkəzindədi. Fanat.az xəbər verir ki, "Neftçi"nın əsas qapıçısı Saşa Stamenkoviç həmyerlilərinin 2 il öncə Avropa Liqasının qrup mərhələsində "Patizan"la Serbiyadakı oyunda yaşanan hadisələrlə bağlı suallarını cavablandırıb.

"Srvena Zvezda"nın yetirməsi olan Stamenkoviç serbiyalı həmkarlarımıza "Partizan" fanatlarına ünvanladığı nalayiq jestin təkrarlanmayacağına söz verib: "Mitrovitsa və Stoykoviçlə yaşanan problemlər 2012-nin noyabrında qalıb. Biz özümüzü rüsvay etdik. Söhbət kimin daha çox günahkar olmasından getmir. Sadəcə, xəcalət hissi keçirirdim. Bir şeyə söz verə bilərəm ki, nə azarkeşlərə, nə də rəqib futbolçulara qarşı həmin jesti etməyəcəyəm. Yaşa dolmuşam, təcrübəm də artıb".

Stamenkoviç 2 il öncə "Neftçi" rəhbərliyinin Bakıda "Partizan"a qonaqlıq verdiyini bildirməklə yanaşı, yenidən Azərbaycan Kubokunun sahibinin rəqibinə bu cür qonaqpərvərlik göstərəcəyini istisna etməyib: "Açıq deyirəm, mənə Azərbaycanda həm yaşamaq, həm də futbol oynamaq Serbiyadakından daha rahat və xoşdu. O ki qaldı qonaqlıq məsələsinə, yox, mən "Partizan"ın futbolçuları ilə bir masa arxasında oturub çörək yemərəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər