"Mançester Yunayted"lə oyun "Liverpul"un ulduzu Məhəmməd Salah üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, o, komandasının 7:0 hesabıyla qalib gəldiyi matçda dubl edib.
Beləliklə, misirli hücumçu "Liverpul"un heyətində Premyer Liqada 128 və 129-cu qollarını vuraraq rekordçu olub. Çempionatda meydana çıxdığı 205 matçda 129 qol vuran Salah hesabında 128 qol olan əvvəlki rekord sahibi Robbi Fauleri geridə qoyub.
Buna baxmayaraq, Məhəmməd Salah "Liverpul"un formasında bütün turnirlərdə 346 qol vuran İan Raşanın nəticəsindən çox uzaqdadır. Misirli "qırmızılar"ın heyətində bütün turnirlərdə 178 dəfə fərqlənib.
Mirağa