Salah "Liverpul"un tarixinə düşdü - Hələ heç kim bunu bacarmamışdı

Salah "Liverpul"un tarixinə düşdü - Hələ heç kim bunu bacarmamışdı

"Liverpul"un hücumçusu Məhəmməd Salah yeni rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

"Sparta Praqa" ilə Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında həm qol vuran, həm də üç məhsuldar ötürmə edən misirli mersisaydlıların qələbəsində əsas pay sahibi olub. Bu, onun cari mövsümdə 20-ci qolu olub. 

Xəbərə görə, bu qol sayəsində Salah "Liverpul"un tarixinə düşüb. 31 yaşlı futbolçu klub tarixində ardıcıl 7 mövsümdə ən azı 20 qol vuran ilk oyunçu olub. Daha əvvəl heç kim belə uğura imza atmayıb.

Salah 2017-ci ildə “Enfild”ə gəlib. "Liverpul" 7 il əvvəl onun keçidinə 42 milyon avro xərcləyib.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər