"Statistika hər şeyi deyir, o, yüksək səviyyəli bombardirdir. Amma texniki bacarıqlardan danışsaq, Məhəmməd Salah böyük futbolçu deyil".
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, bunu "Liverpul"un sabiq yarımmüdafiəçisi Pol İns deyib.
İns fikrini belə əsaslandırıb: "Bilirsiniz, Salah topu hər dəfə eyni ustalıqla rəqibin cərimə meydançasına daşıya bilmir. Bəzən alınır, bəzən isə yox. Ancaq bombardirlik bacarığı dünya səviyyəlidir".
İns 1997-1999-cu illər aralığında "Liverpul"da oynayıb. O, "qırmızılar"ın sıralarında 65 qarşılaşmada mübarizə aparıb və 14 qol vurub.
Salah 2017-ci ilin yayından "Liverpul"un uğurları üçün çalışır. Cari mövsüm bütün turnirlərdə 35 matça çıxan 31 yaşlı misirli forvard 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat