Ruslan Qurbanov Belarus klubu ilə müqavilə imzaladı - RƏSMİ

Ruslan Qurbanov Belarus klubu ilə müqavilə imzaladı - RƏSMİ

Uzun müddət özünə klub tapa bilməyən Ruslan Qurbanov karyerasını Belarusda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, Qurbanov “Slaviya Mozır”la rəsmi müqaviləyə qol çəkib. O, dekabra kimi Belarus klubunun formasını geyinəcək.

Yarımmüdafiəçi transferi barədə şəxsi instaqram səhifəsində paylaşım edib: “Rəsmi olaraq “Slaviya”nın oyunçusuyam. Əlimdən gələni edəcəm. Mənə inananlara təşəkkür edirəm. İnanmayanlar isə, məni daha güclü edir”.

Onun bu paylaşımını bəyənənlər arasında "Legiya"da çıxış edən Mahir Emreli də var. Millinin hücumçusu Qurbanova uğur arzulayıb. Ruslan Qurbanov Belarus klubu ilə müqavilə imzaladı - RƏSMİ

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər