Ruslan Poladov "Şahdağ"la müqavilə imzaladı

Ruslan Poladov "Şahdağ"la müqavilə imzaladı

Region Liqasına hazırlaşan "Şahdağ" təlim-məşq toplanışına start verib. 

Fanat.Az xəbər verir ki, Quba təmsilçisi Sumqayıtda məskunlaşaraq məşqlərini "Kapital Bank Arena"da keçirir.

Komanda ciddi transferləri ilə diqqət çəkir. Region Liqasında Sumqayıtın "Uğur" klubunu ardıcıl iki dəfə  çempion  etmiş baş məşqçi Qəzənfər Abbasov bundan sonra "Şahdağ"ın çalışdıracaq. "Uğur"un iki aparıcı üzvü də bölgə klubuna keçib. Bunlardan biri iki mövsüm çempionluq sevinci yaşayan təcrübəli Nahid Mehraliyevdir. "Şahdağ"ın son olaraq müqavilə bağladığı futbolçu isə Azərbaycan Premyer Liqasında 100-dən çox rəsmi oyun keçirən Ruslan Poladovdur.  

Ruslan Poladov "Şahdağ"la müqavilə imzaladı  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər