Rusiya Futbol ittifaqı (RFS) milli komandanın baş məşqçisi Valeri Karpinlə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun rəsmi saytı yayıb.
Xəbərə görə, 53 yaşlı mütəxəssis ilin sonunadək yığma komandada vəzifəsini icra edəcək.
Təcrübəli mütəxəssis həmçinin "Rostov" klubunun baş məşqçisi təyin olunub.
Qeyd edək ki, Valeri Karpin bu vəzifəyə 2021-ci ilin iyulunda təyin olunub. O, bu postda Stanislav Çerçesovu əvəzləyib.
Xatırladaq ki, yığma onun rəhbərliyi altında DÇ-2022-yə vəsiqə uğrunda pley-off oyunlarında iştirak hüququ qazansa da, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən FIFA və UEFA milli komandanı beynəlxalq turnirlərdən kənarlaşdırıb.