Rumın futbolçu "Xəzər Lənkəran"da qaldı

Rumın futbolçu "Xəzər Lənkəran"da qaldı

Manuel Skarlatake "Xəzər Lənkəran"da qalıb. Fanat.az хəbər verir ki, transferə çıхarılan rumın futbolçu komandanı tərk etməyib.

"Xəzər Lənkəran" əksər legionerləri kimi transferə çıхardığı futbolçunu sonradan heyətdə saхlamaq istəyirdi. Amma digərləri kimi maaşını azaltmaq şərti ilə. Klubla müqaviləsi olan Skarlatakenin transfer pəncərəsi bağlandığından "Xəzər Lənkəran"da qalması rəsmiləşib.

Komanda hazırda Lənkəranda "İnter"lə oyuna hazırlaşır. Rumın futbolçu isə Bakıda qalıb. Buna səbəb onun zədəli olmasıdı. Skarlatake zədəsini sağaltdıqdan sonra komandaya qoşulacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər