Rudiger "Barselona" forması geyəcək - İDDİA 

Rudiger "Barselona" forması geyəcək - İDDİA 

"Çelsi"nin müdafiəçisi Antonio Rudigerin agenti və ögey qardaşı Sar Senesi oyunçunun Kataloniya klubuna keçməsi ilə bağlı "Barselona" rəsmiləri ilə görüşüb.

Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports" saytı məlumat verib.

Mənbənin məlumatına görə Barselonada restoranlardan birində gizli danışıqlar aparılıb. Görüş üç saat davam edib. Kataloniya klubu tərəfindən idman direktoru Mateu Alemani və onun müavini Jordi Kroyff iştirak edib.

Klub 29 yaşlı futbolçunun almaqda qərarlıdır. Böyük ehtimal gələn mövsüm futbolçu "Barsa" forması geyəcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər