Ronaldu müqaviləsindəki bəndə əsasən, bunu etmək məcburiyyətindədir

Ronaldu müqaviləsindəki bəndə əsasən, bunu etmək məcburiyyətindədir

"Əl-Nəsr"in portuqaliyalı ulduzu Kriştianu Ronaldunun bu klubla imzaladığı müqaviləyə xüsusi bənd salınıb.

Fanat.Az xəbər verir ki, anlaşmadakı həmin bəndə əsasən, 38 yaşlı futbolçu Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisini izləmək və yarışla bağlı fotosessiyalara qatılmaq məcburiyyətindədir.

Xatırladaq ki, Ronaldu tanınmış jurnalist Pirs Morqana verdiyi qalmaqallı müsahibədən sonra MY-dən ayrılaraq "Əl-Nəsr"ə keçib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər