"Ronaldu mənə zəng vurdu, "Barselona" 50 milyon avro istədi"

"Ronaldu mənə zəng vurdu, "Barselona" 50 milyon avro istədi"
"Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç 2019-cu ildə "Barselona"dan "Yuventus"a keçməyə yaxın olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "24sata" xorvat oyunçunun söylədiklərini belə çatdırıb:
"2019-cu ilin yayında Kriştianu Ronaldu zəng vurdu və "Yuventus" rəhbərliyinin məni komandada görmək istədiyini dedi. Amma transfer baş tutmadı. Çünki "Barselona" İtaliya klubundan 50 milyon avro istədi. Bu məbləğ çox idi".
Rakitiç "Barselona"da 2014-2020-ci illərdə çıxış edib. O, Kataloniya komandası ilə dörd dəfə İspaniya Primyerasının qızıl medalına sahib çıxıb, iki dəfə ölkə Superkubokunu başı üzərinə qaldırıb. Bundan başqa, Çempionlar Liqasını da qazanan İvan Avropa Superkuboku və klublararası dünya çempionatında qalib olub.
Nihat 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər