Reynaldo: "Məni əvəzləyə biləcək futbolçularımız var"

Reynaldo: "Məni əvəzləyə biləcək futbolçularımız var"
"Bizim üçün ağır oyun oldu. Əsasən müdafiədən oynamalı olduq. Əks-hücumlara bel bağlayırdıq. Sevinirəm ki, belə güclü komandaya iki qol vura bildik və vacib qələbə qazandıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Reynaldo deyib.
Braziliyalı futbolçu qırmızı vərəqə aldığı epizodla bağlı da danışıb: "Əvvəlcə həmin epizodun videosuna baxmalıyam. İndi bu barədə bir şey deyə bilmərəm. Hakimin qərarının düzgün və ya səhv olmasını da bilmirəm. Əlbəttə ki, çox təəssüflənirəm ki, növbəti oyunda komandama kömək edə bilməyəcəm". 
Reynaldo komandanın onsuz da “Zalsburq” səddini keçə biləcəyini deyib: "Məni əvəzləyə biləcək futbolçularımız var. Mənim oynayıb-oynamayacağımdan asılı olmayaraq mərhələni keçməliyik. Bizim hazırlaşmaq üçün qarşıda bir həftə vaxtımız var. Məncə, bu vaxt ərzində yaxşı hazırlaşsaq, “Zalsburq”u keçə bilərik. “Qarabağ” fərdi oyunçulardan asılı komanda deyil. Bizim uğurumuz kollektiv oyunumuzun nəticəsində olur. Əvvəlki qarşılaşmalarda da gördük ki, hər birimizi əvəzləyəcək futbolçumuz var".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər