Rəqib futbolçu ilə toqquşan Sillessen əməliyyat edildi

Rəqib futbolçu ilə toqquşan Sillessen əməliyyat edildi

"Las Palmas"ın qapıçısı Yasper Sillessen oyun zamanı ağır zədə alıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən qolkiper La Liqanın XXIX turu çərçivəsində "Selta"ya qarşı keçirdikləri matçda rəqib hücumçu Borxa İqlesiasla toqquşaraq meydanı xərəkdə tərk edib.

35 yaşlı niderlandlı futbolçunun bağırsağı deşildiyi üçün əməliyyat olunub. Onun hansı müddətə kənarda qalacağı indilik bəlli deyil.

Qeyd edək ki, Sillessen "Las Palmas"a 2024-cü ilin yayında Niderlandın NEK klubundan transfer olunub. O, karyerası ərzində "Barselona", "Valensiya" və "Ayaks"ın da formasını geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər