Rekord maaşla transfer olundu, "pulu seçmədim" dedi, gülüş hədəfinə çevirildi - FOTOLAR

Rekord maaşla transfer olundu, "pulu seçmədim" dedi, gülüş hədəfinə çevirildi - FOTOLAR
Çinin "Quanqzu Everqrande" klubundan Səudiyyə Ərəbistanına transfer olunan Anderson Talişka sosial mediada gülüş hədəfinə çevirilib.
Fanat.Az xəbər veir ki, braziliyalı futbolçu bu günlərdə "Əl Nəsr"lə müqavilə imzalayıb. Onun yeni klubunda illik maaşı 8 milyon avro olacaq. 
Braziliyada yayımlanan "UOL Esporte" nəşrinə açınlama verən Talişka Səudiyyə Ərəbistanına pul üçün getmədiyini deyib: "İnsanlar tamamilə yalnış düşünür. Bura pul üçün gəlməmişəm. Ərəbistana transfer olunan futbolçuların prestij itirdiyini düşünürlər. Bu səhvdi. Futbolçunun prestiji meydandadı. Qazandığın kuboklarla, vurduğun qollarla prestij qazanırsan. Braziliyadan ayrıldıqdan bəri oynadığım bütün klublarda çempionluqlar və fərdi uğurlar qazanmışım".
Səudiyyə Ərəbistanı klubuna rekord məbləğdə maaşla keçən futbolçunun bu açıqlaması sosial mediada gülüşə səbəb olub.
Qeyd edək ki, Talişka 2019-cu ildə "Benfika"dan  "Quanqzu Everqrande"yə 19,2 milyon avroya transfer olunmuşdu. O, karyerası ərzində bu klublardan başqa Braziliyada "Bahiya" və Türkiyədə "Beşiktaş"ın formasını geyinib.
Aydın
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər